SON DƏQİQƏ

Replika

Tarix:

28-06-2018, 16:14

/ 10 336 dəfə oxundu.
Replika

“Azadlıq” metrosundan H.Z.Tağıyev qəsəbəsi istiqamətində 45 və 43 nömrəli avtobuslar sakinlərin xidmətində dayanır.

İnsafən deyim ki, 45 nömrəli avtobuslar hər 5 dəqiqədən bir H.Z.Tağıyev qəsəbəsinin yuxarı hissəsinə - 9 mərtəbələrə qədər işləyir və sakinlər çox razılıq edirlər. 43 nömrəli marşrutun isə necə deyərlər adı qalıb. Avtobusun keçdiyi ərazidə on minlərlə sakin yaşayır. Kiminin şəxsi avtomobili varsa, avtobuslara ehtiyacları qalmır, lakin əhalinin əksəriyyəti avtobuslarla bir neçə kilometr aralıda yerləşən bazara gedib gəlirlər.

İsti havada gün insanların təpəsinə vura-vura piyada gedib gəlməkdən təngə gəliblər. Sakinlər deyirlər ki, gün ərzində bir, ya da iki avtobus xəttə buraxılır. Bazar günündə isə sürücülər istirahət edirlər.

Onu da qeyd edim ki, 43 nömrəli avtobusun gedib-gəldiyi yollar çox bədbad vəziyyətdədir. Bəlkə də belə yollara avtobuslar tab gətirmir?

Müasir avtobuslar insafən deyək ki, çox rahatdır. Lakin onların marşrut xətləri çox uzaq məsafəni əhatə etdiyi üçün sərnişinlər şəhəri dolaşmalı olurlar. Məsələn, 17 nömrəli avtobus kəsə yolla sakinləri mənzil başına çatdırmaq əvəzinə xiyabanları dolaşa-dolaşa 15 dəqiqəlik yolu bir saata gedib çıxırlar. Marşrut xətlərinə baxan başbilənlərimiz niyə tıxaclar yaradırlar? Belə ki, bütün marşrutlar 20 Yanvardanmı keçməlidir? Belə getsə sərnişinlər piyada və ya velosipedlə işə gedib-gəlməyə üstünlük verəcəklər.

Görəsən 43 saylı marşrutun rəhbərləri niyə insanları bezdirirlər?

 

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ