SON DƏQİQƏ
» » Avtomobilsiz iştirakçı üçün maşın əldən getdi - GÖZ YAŞLARI AXIDILDI

Avtomobilsiz iştirakçı üçün maşın əldən getdi - GÖZ YAŞLARI AXIDILDI

Tarix:

8-06-2018, 09:00

/ 10 435 dəfə oxundu.
Avtomobilsiz iştirakçı üçün maşın əldən getdi - GÖZ YAŞLARI AXIDILDI

Əli Mirəliyev üçün "Maşın" əldən gedib.

Gunaz.az xəbər verir ki, Atv kanalında yayımlanan "Maşın" realiti-şouda bu gün səsverməyə müğənni Əli Mirəliyev çıxıb. Sənətçi səs yığarsa, oyundan xanımlardan birini çıxardacağını deyib.

İştirakçıların israrına baxmayaraq, verilişin son dəqiqələrinədək Ə.Mirəliyev hədəfini açıqlamayıb. Lakin sonradan müğənni hədəfinin Pərvin Abıyeva olduğunu deyib. Mirəliyev səbəb kimi aktrisanın onun və Ruhəngiz Musəvi haqqında “Bu qocaları buraya kim gətirib?” deməsini göstərib. Pərvinin Əli Mirəliyevin oxuduğu bəzi mahnıları anlamamasını deməsi 69 yaşlı sənətçini özündən çıxarıb.

Pərvin Əli Mirəliyev haqqında belə ifadələr işlətmədiyini desə də, Aytən Səfərova onu ifşa edib:

“Pərvin dəfələrlə hamının yanında “Qocalar bezdirdi” sözlərini işlədib. Hətta onlar mahnı oxuyanda tez-tez uf-puf edir”.Avtomobilsiz iştirakçı üçün maşın əldən getdi - GÖZ YAŞLARI AXIDILDI

Aktrisa Azərbaycanın klassik və xalq mahnılarını sevdiyini, lakin Əli Mirəliyevin oxuduğu bəzi mahnıları anlamadığını irəli sürüb:

“Gəncəm, mənim sevdiyim musiqi janrları fərqlidir. Bu, təbii haldır. Həmişə demişəm ki, böyüklərimə hörmətlə yanaşıram. Hətta Ruhəngiz Musəvi ilə söhbətdə söylədim ki, sizi çıxartsam, yerin dibinə girərəm. Qoy Əli müəllim qalsın, təki oyundan onun əli ilə çıxım. Hiss edirdim ki, hədəf mənəm. Lakin Əli Mirəliyevlə mübarizə apara bilmərəm, izləyicilərimə deyə bilmərəm ki, “Getsin”ə səs versinlər. Aytən Səfərova artıq ikinci dəfədir ki, üzümə durur. Şokdayam, keçən verilişdə də, bu dəfə də nə üzlər gördüm. Kadr arxasında hamı məni tərifləyir, A.Səfərova mənə yaxınlaşıb “Səni burda tanıdım, sən çox saf qızsan” demişdi. Əli bəy də öz verilişdə ünvanıma təriflər yağdırırdı. İndi nə oldu? Maşına görə, fikrini dəyişdi? Maşın dəmir parçasıdır, Əli müəllim, dəyməz. Yeri gəlsə, mən Zeynəb Xanlarovanın mahnısını oxuyan həmən qızam!”

Ə.Mirəliyev sonda "Maşın" şounu 43,35 faiz səslə özü tərk edib.

Qeyd edək, Ə.Mirəliyev şouda maşını olmayan yeganə iştirakçı idi. Müğənninin oyunu tərk etməsi aktrisa Pərvin Abıyevanı, Aytən Səfərovanı və Roza Zərgərlini göz yaşlarına boğub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ