SON DƏQİQƏ
» » Azərbaycan alimləri Daşkənddə beynəlxalq konfransda

Azərbaycan alimləri Daşkənddə beynəlxalq konfransda

Tarix:

14-05-2018, 13:42

/ 10 307 dəfə oxundu.
Azərbaycan alimləri Daşkənddə beynəlxalq konfransda

Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti (ÖDƏU) və Qazaxıstandakı Türk Akademiyasının təşkilatçılığı ilə Daşkənddə "Özbək dilinin beynəlxalq türkologiyada rolu və beynəlxalq əməkdaşlıq məsələləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

Universitetdə reallaşan tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, habelə Rusiyadan tanınmış alimlər, türkoloqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ölkəmizi bu konfransda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuz, AMEA Əlyazmalar İnstitutunun bölmə müdiri Kərim Məmmədzadə və Bakı Slavyan Universitetinin müəllimi, fəlsəfə doktoru Yaşar Alxasov təmsil edib.Azərbaycan alimləri Daşkənddə beynəlxalq konfransda

Universitetin rektoru, professor Şuxrat Siracəddinov iştirakçıları salamlayıb və uzun illərdən sonra Özbəkistanda türkologiya ilə bağlı keçirilən ilk konfransın bu sahədə böyük əhəmiyyət kəsb edəcəyini bildirib.

Özbəkistanın təhsil naziri İnamjon Majidov, Qazaxıstanın Daşkənddəki səfiri Erik Utembaev, Astanadakı Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırali, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru, akademik Axmadali Askarov və başqaları təbrik nitqi söyləyib, konfransın işinə uğurlar arzulayıblar.

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov, Yunus Oğuz, Kərim Məmmədzadə və Yaşar Alxasov konfransda türkologiyanın aktual məsələləri ilə bağlı məruzələr ediblər.

Samir Abbasov çıxışında konfransın əhəmiyyətindən danışaraq xalqlarımızın eyni dilə, dinə, mədəniyyətə malik olduğunu, Dədə Qorqud, Manas, Alpamış, Koroğlu kimi eposlar yaradan, Nizami, Yunus Əmrə, Abay, Əlişir Nəvai, Füzuli, Muxtimqulu kimi dahi söz ustaları yetişdirən türk xalqlarının zəngin mədəniyyəti və ədəbiyyatından danışıb. Natiq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin türk xalqları ədəbiyyatına, türk dünyasının məşhur yazarlarının yaradıcılığına verdiyi qiymətdən, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə I Türkoloji Qurultayın 80 illiyinin Azərbaycanda geniş şəkildə qeyd olunmasından danışıb.

O, Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə özbək və Azərbaycan dilində çapdan çıxan "Özbək şeiri çələngi" adlı kitabı universitetin rektoruna təqdim edib.

Çıxışlarda bildirilib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək türk dünyası ölkələri arasında ilk dəfə olaraq Bakı şəhərində I Türkoloji Qurultay keçirilib. XX yüzillikdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının həyatında bu qurultayın böyük rolu olub. Türkoloji Qurultayda qaldırılan ortaq türk dili, tarixi, ədəbiyyatı, terminologiyası kimi qlobal məsələlər bu gün də aktuallığını saxlayır.Azərbaycan alimləri Daşkənddə beynəlxalq konfransda

Bölmələr üzrə keçirilən iclasda Lomonosov adına Moskva Dövlət Universitetinin nəzdindəki Asiya və Afrika İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Darya Jiqulskaya ictimai xadim, yazıçı, pedaqoq və jurnalist Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti ilə bağlı məruzə edib.

Tədbir çərçivəsində universitetdə Beynəlxalq Türkologiya Tədqiqatları Mərkəzinin açılışı da olub.

Mərkəzin açılışında bildirilib ki, Türkologiya Tədqiqatlar Mərkəzinin açılmasının əsas məqsədi türk xalqları arasında əlaqələri daha da dərinləşdirmək, onları daha da yaxınlaşdırmaq və bu sahədə yeni tədqiqatların aparılmasıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ