SON DƏQİQƏ

“BakuBus”da bunu etsəniz…

Tarix:

11-05-2018, 12:53

/ 10 351 dəfə oxundu.
“BakuBus”da bunu etsəniz…

"BakuBus" avtobusuna maddi zərər vuran şəxslər məsulliyyətə cəlb olunacaq".

Gunaz.az xəbər verir ki, bu sözləri "BakuBus" MMC–nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev   açıqlamasında deyib.

Mənsur Piriyevin sözlərinə görə, vurulan maddi ziyan hansı məbləğdədirsə, qanunvericiliyə əsasən həmin ziyan qarşılanır. M.Piriyevin sözlərinə görə, bu cür hallar baş verəndə edilən müraciət və şikayətlər əsasında nəzarətdə saxlanılır:

"BakuBus" avtobuslarında bildiyimiz kimi iş müddətində fəaliyyət göstərən kameralar yerləşdirilib. Günün bütün saatlarından həmin kameralar online şəkildə işlək vəziyyətdədir. Orda hər hansı bir hadisə baş verərsə mütəxəssislər həmin kameralarda yazılmış görüntülərə baxırlar. Daha sonra həmin hadisəyə əsasən tədbirlər görülür. Bəzən biz həmin hadisələri ictimailəşdiririk. Yaxın vaxtlarda "BakuBus" avtobusunda qəza çəkiclərinin oğurlanması halı baş vermişdi. Biz həmin şəxslərin məsuliyyətə cəlb edilməsi və və hüquqi qiymət alması üçün bütün tədbirləri həyata keçiririk".

скачать dle 12.1

Şərhlər