SON DƏQİQƏ
» » Dünən Bakıya yayılan xoşagəlməz qoxunun səbəbi — RƏSMİ AÇIQLAMA

Dünən Bakıya yayılan xoşagəlməz qoxunun səbəbi — RƏSMİ AÇIQLAMA

Tarix:

5-05-2018, 13:40

/ 10 353 dəfə oxundu.
Dünən Bakıya yayılan xoşagəlməz qoxunun səbəbi — RƏSMİ AÇIQLAMA

Dünən sosial şəbəkələrdə Bakının bir sıra ərazilərində xoşagəlməz qoxunun yayıldığı barədə məlumatlar dolaşırdı. Sosial şəbəkə istifadəçiləri bu qoxunun qaz iyi olduğunu bildirirdilər.

Gunaz.az-ın  verdiyi xəbərə görə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı operativ monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.

Analizlərin nəticələrinə görə atmosfer havasında olan qaz qarışıqlarının sanitar norma həddini keçdiyi məlum olub.

4 may 2018-ci il tarixində Bakı şəhərində qaz qarışıqlarının səpələnməsi üçün əlverişsiz olan hava şəraiti müşahidə edilib. Qoxu əsasən Xətai, Səbayıl, Nizami rayonlarının ərazilərində hiss olunub. Monitorinqin nəticələrinə görə havada qaz qarışıqları orta hesabla normadan 3 dəfə çox qeydə alınıb və pis qoxu ilə müşayiət edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ