SON DƏQİQƏ

“Whatsap” istifadəçilərinə PİS XƏBƏR

Tarix:

3-05-2018, 12:35

/ 10 484 dəfə oxundu.
“Whatsap” istifadəçilərinə PİS XƏBƏR

“Whatsap”ın qurucusu və baş direktoru bir neçə gün əvvəl tutduğu vəzifəni tərk edib.

Gunaz.az xəbər verir ki, şirkətin vacib addımlar atacağı bildirilir. Qeyd edilir ki, şirkət reklam işinə daha çox diqqət ayıracaq. Bundan sonra istifadəçilər mesajlaşanda reklamlarla qarşılaşacaqlar.

Ötən ay Brayan Ekton, bu həftənin əvvəlində isə Jan Koum istefa edib. Bununla da “Whatsap”ın qurucu komandası şirkətdən ayrılıb. Bu ikili reklamların əleyhinə olub. Onların şirkətdən ayrılmasından sonra “Facebook” “Whatsap” üzərindən reklamlarını təqdim edəcək.

“Facebook F8” konfransında bu məsələyə toxunan mesajlaşma məhsullarından məsul sədr müavini Devid Markus deyib:
“Reklam məsələsinə gəlincə, “Whatsap”ı daha açıq şəkilə salacağıq”.

İlk addım böyük şirkətlərə “Whatsap” istifadəçilərinə birbaşa mesaj göndərmə xüsusiyyəti olacaq.

“Barclays” analitikləri Koumun vəzifədən ayrılması ilə birlikdə “Facebook”un “Whatsap” üçün də reklam satmağa başlayacağını ehtimal etmişdi.

Qeyd edək ki, “Facebook”  2014-cü ildə “Whatsap”ı 19 milyard dollara alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ