SON DƏQİQƏ

Hemofiliyalı xəstələrin sayı artıb

Tarix:

16-04-2018, 11:54

/ 10 304 dəfə oxundu.
Hemofiliyalı xəstələrin sayı artıb

Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində yerləşən Elmi - Praktiki Hemofiliya Mərkəzində 1595 xəstə dispanser qeydiyyatındadır.
Gunaz.az xəbər verir ki, bunu Mərkəzin rəhbəri Elmira Qədimova deyib.
2017-ci ildə 53 hemofiliyalı xəstənin ilkin qeydiyyata götürüldüyünü bildirən E. Qədimovanın sözlərinə görə, Bakı, Sumqayıt və Mərkəzi Aran regionunda hemofiliyalı xəstələrin sayı artıb: "Hemofiliyalı xəstələrin sayı Bakıda 758 nəfər, Sumqayıtda isə 77 nəfər təşkil edir. Qeydiyyatda olan xəstələrin 21%-i isə 1-15 yaşında olanlardır".
Mərkəzin rəhbəri qeyd edib ki, bu gün 54 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ