SON DƏQİQƏ
» » Prezident seçkilərinə aprelin 21-dək yekun vurulacaq- MSK

Prezident seçkilərinə aprelin 21-dək yekun vurulacaq- MSK

Tarix:

12-04-2018, 11:37

/ 10 269 dəfə oxundu.
Prezident seçkilərinə aprelin 21-dək yekun vurulacaq- MSK

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilən Prezident seçkilərinə aprelin 21-dək yekun vuracaq.

MSK-nın media və ictimai əlaqələr şöbəsindən Gunaz.az-a verilən məlumata görə, qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir.

O bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir: “Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ