SON DƏQİQƏ
» » Bu tarixlərdə metro gecə saat 2-yə qədər işləyəcək

Bu tarixlərdə metro gecə saat 2-yə qədər işləyəcək

Tarix:

10-04-2018, 15:20

/ 10 312 dəfə oxundu.
Bu tarixlərdə metro gecə saat 2-yə qədər işləyəcək

Aprelin 27-29-da Bakının mərkəzi küçələrində keçiriləcək "Formula-1" Azərbaycan qran-prisiilə əlaqədarolaraq, "Bakı Metropoliteni" QSC gücləndirilmiş rejimdə işləyəcək.

Gunaz.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, zərurət olarsa, iki stansiya gecə saat 2-yə qədər açıq olacaq. 

Həmçinin “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə əsasən, "Bakı Metropoliteni"nin rəhbərliyi yarışın keçirildiyi günlərdə metropolitenin iş qrafikində dəyişikliklər etmək barədə qərar verib. Məqsəd tamaşaçıların, habelə Dənizkənarı Bulvarda təşkil ediləcək əyləncə və istirahət yönümlü kütləvi sosial-mədəni tədbirlərin iştirakçıları və təşkilatçılarının ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq, rahatlığını təmin etməkdir.

Bakı metropoliteni “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə sıx əlaqəli fəaliyyət göstərərək, qeyd edilən tarixlərdə yarışın və tədbirlərin keçirildiyi məkanlara yaxın olan "İçərişəhər" və "28 May" stansiyalarına sərnişinlərin, zərurət yaranacağı təqdirdə, gecə saat 02:00-a qədər daxil olmasını və müvafiq marşrutlar üzrə hərəkət etməsini təmin edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ