SON DƏQİQƏ

İtkin alpinistlərlə bağlı yeni AÇIQLAMA

Tarix:

9-04-2018, 17:45

/ 10 239 dəfə oxundu.
İtkin alpinistlərlə bağlı yeni AÇIQLAMA

“Alpinistlərin axtarışları davam etdirilir”.

Gunaz.az xəbər verir ki, bu barədə modern.az-a “Gilavar” – hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

Havaların isinməsilə axtarışların nisbətən asanlaşmasına gəlincə, Z.Qasımov deyib ki, hava şəraiti iki gündür mülayimləşib:

“Ona görə də dağlardakı qarın belə tez əriyəcəyini güman etmirəm. Amma bütün bunlara rəğmən axtarışlar davam etdirilir”.

Qeyd edək ki, 26 dekabr 2017-ci il axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb.

FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ