SON DƏQİQƏ

MSK-dan vətəndaşlara ÇAĞIRIŞ

Tarix:

7-03-2018, 12:35

/ 10 270 dəfə oxundu.
MSK-dan vətəndaşlara ÇAĞIRIŞ

“Seçki günü adını seçici siyahısında görməyənlər narahat olmasınlar. Onlar seçki günü məntəqə sədrinə yaxınlaşıb, əlavə seçici siyahısını tələb edib, tam hüquqla səs verə biləcək”.

Gunaz.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatıb:

“Səsverməyə 35 gün qalana qədər seçici siyahısının dəqiqləşdirmək imkanı var. Bütün vətəndaşları çağırırıq ki, adlarını seçici siyahısında yoxlasınlar. İdeal seçki siyahısı tərtib etmək mümkün deyil. Ölkəyə gələn, dünyasını dəyişənlərin olması səbəbindən dəyişikliklər ola bilir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ