SON DƏQİQƏ
» » Metroda bu qurğudan istifadə etsəniz - CƏRMƏ OLUNACAQSIZ

Metroda bu qurğudan istifadə etsəniz - CƏRMƏ OLUNACAQSIZ

Tarix:

20-02-2018, 11:30

/ 1 124 dəfə oxundu.
Metroda bu qurğudan istifadə etsəniz - CƏRMƏ OLUNACAQSIZ

Metroda, metro keçidlərində gündəlik olaraq gördüyünüz cərəyan yuvalarından istifadə, əslində sərnişinlər üçün qadağandır.

Gunaz.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bununla bağlı açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsində bunun cəriməsi də var:

“Ümumiyyətlə, Metropolitendən istifadə qaydaları var. Bu qaydalarda Metropolitenin elektrik şəbəkəsinə icazəsiz qoşulmaq qadağandır. Çünki onlar sərnişinlər üçün quraşdırılmayıb. Cərəyan yuvalarından yalnız Metropolitenin əməkdaşları istifadə edə bilərlər. Amma kiminsə ondan istifadə etməyi vacibdirsə, bu zaman onlar stansiya növbətçisi, rəis müavini, yaxud da rəisə yaxınlaşaraq lazımı köməkliyi ala bilərlər. İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq icazəsi olmadan Metropolitenin elektrik şəbəkəsinə qoşulan sərnişinləri 70 manat cərimə gözləyir”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ