SON DƏQİQƏ

Hüzursuz sağlam ola bilmərik

Tarix:

18-02-2018, 10:10

/ 2 440 dəfə oxundu.
Hüzursuz sağlam ola bilmərik

Əgər insanlar arasında sorğu-sual aparılsa ki, dünyada ən çox istədikləri nədir, nəyə ehtiyacları var: Əksər faiz sağlamlıqla yanaşı, hüzura ehtiyacları olduğunu deyəcək.

Hüzursuz insan isə, bildiyimiz kimi sağlam ola bilməz. Demək hamımızın həyatda ən çox axtardığı hüzurdur. Yaşadığımız müasir dünyada sosial vəziyyəti yüksək olanın da, kasıbın da hüzura ehtiyacı var. Hətta dincəlmək üçün dünyanın ən gözəl, sakit guşəsinə getməyə imkanı olanın da əldə etdiyi sakitlik müvəqqəti olacaq. Hüzurlu olmaq istəyən bədən yox ruhdur. Ruhun hüzura ehtiyacı var. Ruh isə daxili dünyamızın sakinidir. Nədənsə onun ehtiyacını biz daxildə yox, zahiri dünyada axtarırıq. Yəni ünvanı səhv saldığımıza görə axtardığımız hüzuru heç cür tapa bilmirik. Gözlərimiz həmişə zahirə baxmaqla məşğul olduğu üçün, daxilimzdəki sərvəti görə bilmirik. Zahirdən topladığımız natəmizlikləri içəri ötürdükcə o sərvət getdikcə dərinliklərə çökür və özümüzü ondan məhrum edirik, yoxsullaşırıq. Amma hər birimizin daxili dünyasının dərinliklərində var-dövlət yatır. Allah hamımıza mirasını bərabər paylayıb. Bizim borcumuz isə o mirasa sahib çıxmaqdır. 
Biz bunun üçün hərdən, müvəqqəti səsli dünyadan uzaqlaşıb, səssizliyə çəkilməyi öyrənsək, o səssizliyin dili bizə sərvətin yerini pıçıldayacaq. Səssizlik bizi əsl, təbii varlığımızla tanış edəcək. Və bütün həyatımız bu tanışlıqdan sonra dəyişəcək. O sirrli varlıq bizə hüzur açarının yerini də pıçıldayacaq.
Hamımıza hüzur açarını tapmaqda uğur diləyirəm!

Bilman

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ