SON DƏQİQƏ
» » Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması ilə bağlı Milli Strategiya qəbul ediləcək

Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması ilə bağlı Milli Strategiya qəbul ediləcək

Tarix:

10-02-2018, 12:45

/ 1 396 dəfə oxundu.
Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması ilə bağlı Milli Strategiya qəbul ediləcək

Yaxın iki ildə içməli su, onun təchizatı və keyfiyyəti barədə qanunun qəbulu nəzərdə tutulub.

Gunaz.az xəbər verir ki, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası 2018-2019-cu illərdə içməli su, onun təchizatı və keyfiyyəti barədə qanun layihəsinin qəbul edilməsinə nail olmaq öhdəliyini öz üzərlərinə götürüblər.

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanan 2018-2019-cu illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik sahəsində 2018-2019-cu illər üzrə götürdükləri öhdəliklər sırasında  əməyin təhlükəsizliyi və sağlamlaşdırılması sahəsində əsas məqsədlərə çatmaq üçün "Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya"nın qəbul edilməsini sürətləndirmək, peşə xəstəliklərinin analizi və uçota alınması qaydaları və dövlət və müəssisələr səviyyəsində əməyin mühafizəsi fondunun Əsasnaməsinin layihələrini hazırlamaq, “Əməyin mühafizəsi haqqında” qanun layihəsini hazırlamaq, əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda işləyənlər üçün kollektiv və fərdi mühafizə vasitələri istehsalının imkanlarını araşdırmaq, əməyin təhlükəsizliyi normaları və standartları üzrə milli informasiya sistemini yaratmaq, qanunvericiliyə uyğun olaraq işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək, işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə məşğul ola bilmələri üçün lazımi şərait yaratmaq, işçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün balanslarında olan idman obyektləri və bazalarını təmənnasız təqdim etmək, bu idman obyektlərinin və bazaların saxlanılmasını təmin etmək də var. 

скачать dle 12.1

Şərhlər