SON DƏQİQƏ
» » Əflatun Amaşov: “Onlayn mediaya il ərzində 1 milyon manat ayıra bilsək...”

Əflatun Amaşov: “Onlayn mediaya il ərzində 1 milyon manat ayıra bilsək...”

Tarix:

22-11-2017, 17:01

/ 1 066 dəfə oxundu.
Əflatun Amaşov: “Onlayn mediaya il ərzində 1 milyon manat ayıra bilsək...”

“Onlayn jurnalistika üçün dövlət dəstəyinin ayrılması mütləqdir. Xaricdən ölkəyə olan təzyiqlərə qarşı onlayn media mübarizə aparır”.

Gunaz.az xəbər verir ki, bu sözləri millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bir sıra ölkələrin informasiya siyasətində onlayn mediaya vəsait ayırıldığını xatırladıb:

“Onlayn mediyaya sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır. Xaricdən olan informasiya təzyiqləri ilə əsasən onlayn media mübarizə aparır. Bu sahəyə sistemli dövlət vəsaiti ayrılmalıdır. Ən azından il ərzində 1 milyon manat ayıra bilsək, tezliklə bunun nəticələrini görərik”.

 

скачать dle 12.1

Şərhlər