SON DƏQİQƏ
» » Parlament avtomobildə danışığa görə cəza nəzərdə tutan dəyişikliyi LƏĞV ETDİ

Parlament avtomobildə danışığa görə cəza nəzərdə tutan dəyişikliyi LƏĞV ETDİ

Tarix:

17-11-2017, 13:18

/ 803 dəfə oxundu.
Parlament avtomobildə danışığa görə cəza nəzərdə tutan dəyişikliyi LƏĞV ETDİ

Milli Məclis nəqliyyat vasitələrində danışığa görə cəza nəzərdə tutan dəyişikliyi ləğv etdi.

Gunaz.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə olunub.

Məcəlləyə nəzərdə tutulan dəyişikliyə əsasən 342.1.2 maddəsi çıxarılır. Belə ki, Məcəllədə adıçəkilən maddədə nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək təklifi geri götürülərək çıxarılır.

Məsələ barədə məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, belə bir dəyişiklikdən sonra cəmiyyətdə müxtəlif fikirlər səsləndi: “Hesab edirəm ki, bu doğru mövqe idi və Məcəllədən çıxarılmalı idi. Bu təqdirolunası haldır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ