SON DƏQİQƏ

Həftənin ilk iş gününə olan hava proqnozu

Tarix:

29-10-2017, 13:42

/ 817 dəfə oxundu.
Həftənin ilk iş gününə olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gunaz.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 14-16° isti, gündüz  20-25° isti, Bakıda gecə  14-16°, gündüz  23-25° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə  60-70 %, gündüz  40-50 % olacaq.
Oktyabrın 30-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru  bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  10-15°, gündüz  21-26° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ