SON DƏQİQƏ

Xaçmazda Amerika Güşəsi açılıb

Tarix:

27-09-2017, 15:43

/ 808 dəfə oxundu.
Xaçmazda Amerika Güşəsi açılıb

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xaçmaz Mərkəzi Kitabxanasında yerləşən Amerika Güşəsini açıb.

GUNAZ.az  xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən trend-ə verilən məlumata görə, səfir çıxışında Güşənin yerli icma üçün vacibliyini qeyd edib.

Səfir kitabxanaya yeni avadanlıq, texnika və lazımi materialları hədiyyə edib. Güşə ingilis dilini öyrənmək və təhsil proqramları üçün açıq elan olunub.
Diplomat və onun həyat yoldaşı xanım Sekuta yerli şagirdlərlə görüşüb, onların gələcək planları və Güşənin proqramları barədə söhbət ediblər.
Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır. Güşələr həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.
Açılış mərasimində Xaçmaz rayonu İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ