SON DƏQİQƏ
» » Radarların çoxluğundan şikayətlənənlərə DİN-dən CAVAB

Radarların çoxluğundan şikayətlənənlərə DİN-dən CAVAB

Tarix:

26-08-2017, 17:47

/ 2 874 dəfə oxundu.
Radarların çoxluğundan şikayətlənənlərə DİN-dən CAVAB

Son günlər nəqliyyat vasitələrini yüksək sürətlə idarə etmək istəyində olan bəzi vətəndaşların magistral yollarda, xüsusən Bakı-Quba avtomagistralında guya çoxlu radarların quraşdırılmasından narazılıqlarını dilə gətirir, buna heç bir lüzum olmadığı barədə fikirlər səsləndirilər.
Məsələ ilə bağlı sorğumuza cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
GUNAZ.az-a bildirilib ki, magistral yollarda, xüsusən Bakı-Quba yolunda guya çoxlu radarların quraşdırılmasının lüzumsuzluğu barədə deyilənlərin heç bir əsası yoxdur.
"Qeyd olunmalıdır ki, hüquqazidd əməllərin, xüsusən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi əleyhinə olan inzibati xətaların profilaktikasında informasiya texnologiyalarının təbiqi, xüsusən radarlardan istifadə olunması mühüm rol oynayır.
Əvvəllər baş verən yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsini azaltmaq, xüsusən sürət həddinin aşılması səbəbindən ölümlə nəticələn qəzaların qarşısını almaq istiqamətində atılan addımlar, aparılan profilaktiki və maarifləndirmə iş arzuolunan nəticəni vermədiyinə görə, respublika əhəmiyyətli yollarda məhz qeyd olunan cihazların geniş tətbiqinə başlanıldı. Təsadüfi deyil ki, yol hərəkəti təhlükəsizliyinin təmini istiqamətində məqsədyönlü şəkildə həyata keçirilən həm də belə fəaliyyətin nəticəsində qəzaların ağırlıq dərəcəsi, həmçinin ölənlərin sayı əvvəlki dövrlərlə müqayisədə azalıb.
Məhz sürət həddinin aşılması səbəbindən baş verən qəzaların qarşısını almaq, sürücüləri qeyd edilən və digər kobud qayda pozuntularından çəkindirmək üçün quraşdırılan müasir radar sistemləri bəzi yüksək sürətli nəqliyyat vasitələrinin bu sahədəki imkanlarından maksimum dərəcədə faydalanmaq həvəsində olan vətəndaşların Bakı-Quba yolunu nəzərdə tutaraq iddia etdikləri kimi,"pul tələsi” deyil. Xüsusən Bakı-Sumqayıt yolunda radarların çoxluğundan şikayətlənənlər son 1 il ərzində məhz sürət həddinin aşılması səbəbindən sözügedən magistralda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrini xatırlasalar, o zaman bu texnoloji yeniliyin daha geniş ölçüdə və məkanda tətbiqinin zərurətini başa düşərdilər.
Digər tərəfdən, yaşayış məntəqələri istisna olmaqla bütün respublika əhəmiyyətli yollarda olduğu kimi, sözügedən avtomagistralda da nəqliyyat vasitələri üçün maksimal sürət həddi 90-110 km/saatdan az deyil. Lakin bəzi sürücülər bu göstərici ilə kifayətlənməyərək guya mənzilə daha tez çatmaq üçün göstərilən həddi aşır, bu isə öz növbəsində bir çox hallarda ağır qəzaların baş verməsinə, insan tələfatına, ağır xəsarətlərə yol açır. Əgər bütün ölkəboyu olduğu kimi, radarların qoyulması ən azından 1 vətəndaşın vaxtsız ölümünün, 1 ailə faciəsinin qarşısını alırsa, o zaman yol hərəkətinin etibarlı təmini, xidməti fəaliyyətin daha səmərəli təşkili üçün atılan addımların "soyğunçuluğa” deyil, elə bu iddiaları səsləndirənlər də daxil olmaqla bütün insanların təhlükəsizliyinə, həyat və sağlamlıqlarına birbaşa xidmət etdiyi aydın olar. Bunu isə hər bir vətəndaş alqışlamalı və təqdir etməlidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ