Türkiyəyə ombasını şişirtmək üçün estetik əməliyyata gələn ingiltərəli milyonçu kor-peşman geri qayıdıb.
GUNAZ.azxəbər verir ki, İngiltərədə yaşayan milyonçu Ceyn Park bir həftə əvvəl estetik əməliyyat keçirmək üçün Türkiyəyə gəlib. Əməliyyatdan sonra qızın bədənində güclü allergik reaksiya müşahidə olunub. Qabarıq omba sevdası az qala onu canından edirdi.
21 yaşlı qız hər gün sosial media hesabından Türkiyədə yaşadığı sağlamlıq problemlərini paylaşaraq, səhiyyə sistemini günahlandırıb.
Qadının bədənindəki allergiyanın orqan çatışmazlığına səbəb ola biləcəyini deyilib.
Son olaraq, İngiltərənin Livinqston şəhərində xəstəxanaya yerləşdirilən milyonçu qız hələ də bədəninin bir çox hissəsində şişliklərin qaldığını deyib.(Publika.az)