SON DƏQİQƏ
» » Ərdoğanın kürəkəni Natiq Əliyevdən danışdı

Ərdoğanın kürəkəni Natiq Əliyevdən danışdı

Tarix:

9-06-2017, 20:02

/ 5 839 dəfə oxundu.
Ərdoğanın kürəkəni Natiq Əliyevdən danışdı

Türkiyənin Enerji və təbii sərvətlər naziri, həmçinin prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar mərhumun yaxınlarına və Azərbaycan dövlətinə başsağlığı məktubu ünvanlayıb.
Albayrak Natiq Əliyev haqqında hər zaman yüksək fikirdə olduğunu bildirib: "Cənab Natiq Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələrinin hazırlanmasında, reallaşmasında çox faydalı işlər görüb. Onun məhsuldar fəaliyyəti hər birimizi qürurulandırıb. Azərbaycan xalqı və biz onun enerji sektorunda etdiyi xidmətləri heç zaman unudulmayacağıq. Onun xatirəsi ölkəmizdə də hörmətlə yad ediləcəkdir. Allahdan rəhmət diləyirik".
Qeyd edək ki, Natiq Əliyev bu gün müalicə aldığı İstanbulda vəfat edib.

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ