SON DƏQİQƏ
» » Azərbaycan, Türkiyə və Gürcüstan birgə ordu yaradır? - Ərdoğan qanun imzaladı

Azərbaycan, Türkiyə və Gürcüstan birgə ordu yaradır? - Ərdoğan qanun imzaladı

Tarix:

5-04-2017, 11:30

/ 1 805 dəfə oxundu.
Azərbaycan, Türkiyə və Gürcüstan birgə ordu yaradır? - Ərdoğan qanun imzaladı

Bu il Türkiyə, Azərbaycan və Gürcüstan "Qafqaz qartalı” adlı ənənəvi birgə hərbi təlimlər keçirəcək.
 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu nəzərdə tutan qanunu imzalayıb.
Hərbi təlimlər Türkiyədə keçiriləcək.
Xatırladaq ki, ötən ilin mayın 15-də Qəbələ şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında təkbətək və üçtərəfli formatda görüşü keçirilmişdi.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında general-polkovnik Zakir Həsənov bildirib ki, üç ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətinin artırılması və hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub. O qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində üçtərəfli Anlaşma Memorandumunun imzalanması da nəzərdə tutulur.
Qeyd edək ki, üçtərəfli formatda əməkdaşlıq 2014-ci ildə başlayıb və üç ölkənin müdafiə nazirləri ildə iki dəfə görüşürlər.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ