SON DƏQİQƏ
» » Rusiya vətəndaşlığını qəbul edən azərbaycanlıların sayı AÇIQLANDI

Rusiya vətəndaşlığını qəbul edən azərbaycanlıların sayı AÇIQLANDI

Tarix:

7-03-2017, 00:49

/ 8 340 dəfə oxundu.
Rusiya vətəndaşlığını qəbul edən azərbaycanlıların sayı  AÇIQLANDI

Rusiya Statistika Xidməti 2016-cı ildə ölkə vətəndaşlığını qəbul edən əcnəbilərin siyahısını hazırlayıb. 
Açıqlanan statistik informasiyaya əsasən, 265 319 əcnəbi Rusiya vətəndaşlığını qəbul edib.  
Onların 3,7% yaxud 9 885 nəfəri Azərbaycan vətəndaşı olublar. Bu göstərici ilə azərbaycanlılar 8-ci pillədə qərarlaşıblar. 
Ən çox Rusiya vətəndaşlığını qəbul edən əcnəbilər arasında Ukrayna (100 696), Qazaxıstan (37 837), Özbəkistan (23 216), Tacikistan (23 012), Ermənistan (22 264), Moldova (17 397), vətəındaşlığı olmayan şəxslər (11 042), Azərbaycan (9 885), Qırğızıstan (9 315), Belarus (3 582) vətəndaşları təşkil edir. (Modern.az)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ