SON DƏQİQƏ
» » Şağan qəsəbəsindən dəhşətli görüntülər - Video

Şağan qəsəbəsindən dəhşətli görüntülər - Video

Tarix:

2-03-2017, 16:46

/ 8 160 dəfə oxundu.
Şağan qəsəbəsindən dəhşətli görüntülər - Video

Yol problemi qəsəbə sakinlərinin kabusuna çevrilib.
Sakinlər bildirir ki, yol problemi artıq dözülməz həddə çatıb.
Redaksiyamıza göndərilən şəkil və videodan görünür ki, Xəzər rayon Şağan qəsəbəsində vəziyyət inanılmayacaq dərəcədə vahiməlidir. Bir az qar-yağışdan sonra Şağanda məktəblilərin təhsil dalınca necə getdiyini təsəvvür etməkdə belə çətinlik çəkirsən. Göndərilən video və şəkillər bunu bir daha sübüt edir.
Sakinlərin sözlərinə görə, havaların azacıq yağmurlu keçməsi kifayət edir ki, yollar keçilməz bataqlığa çevrilsin.
Redaksiyamıza daxil olan şikayətlə bağlı açıqlama verən Xəzər rayon Şağan qəsəbəsinin bələdiyyə sədrinin müavini Afiəddin Məmmədovun sözlərin görə, bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, nəticə yoxdur:
"Yolların vəziyyətindən xəbərdarıq. Qəsəbənin bəzi yollarına asfalt üzlüyü çəkilsə də, pis gündə olan yollarımız da az deyil. Ancaq bələdiyyənin yollara xərcləməyə pulu yoxdur. Yolların təmiri və abadlaşdırılması Bakı Şəhər İcra Hakimiyyəti ilə Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətlərinə daxildir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, nəticə əldə olunmayıb. Hər dəfə söz verirlər ki, gəlib düzəldəcəyik, amma hələ də gəlmək bilmirlər”.
Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə isə qəsəbədaxili yollara Azəravtoyol ASC cavabdeh deyil:
"Bizim balansımızda Xəzər Rayonu Şağan qəsəbəsi ərazisində 4 küçə var ki, bunlar da ehtiyac olduqca təmin olunur. Ancaq şikayət olunan bu küçələrlə bələdiyyələr özü məşğul olmalıdır”.
Məsələ ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cavab verən olmadı.(Axar.az)

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ