SON DƏQİQƏ

Bakı yeni həftəyə tıxacla başladı

Tarix:

27-05-2024, 09:23

/ 2 362 dəfə oxundu.
Bakı yeni həftəyə tıxacla başladı

Bakının bir sıra yollarında tıxac yaranıb.
GunAz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda aşağıdakı ollardakı tıxac müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Mətbuat prospekti, “Mikayl Müşfiq” dairəsi istiqamətində;
3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
4. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
5. “20 Yanvar” dairəsində;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
7. Mikayl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
8. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
9. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
10. Babək prospekti, mərkəz istiqamətində;
11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);
12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
скачать dle 12.1

Şərhlər