SON DƏQİQƏ
» » Virtual "papaqatdı" ilə bağlı vətəndaşlara müraciət

Virtual "papaqatdı" ilə bağlı vətəndaşlara müraciət

Tarix:

21-03-2024, 08:00

/ 1 881 dəfə oxundu.
Virtual "papaqatdı" ilə bağlı vətəndaşlara müraciət

Daxili İşlər Nazirliyi (DİN) virtual "papaqatdı" ilə bağlı vətəndaşlara müraciət edib.

GunAz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov sosial şəbəkə hesabında yazıb.

“Novruz bayramında vətəndaşlarımız tərəfindən kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosu paylaşılır, adətimiz olan "papaqatdı" virtual məkana daşınır. Əziz vətəndaşlar, kiberdələduzlara yeni meydan açmamaq üçün xahiş olunur kart məlumatlarınızı məxfi saxlayın”, - o qeyd edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ