SON DƏQİQƏ
» » Ermənilər "Qarabağ"ı dünya bazarına çıxarır - FOTOLAR

Ermənilər "Qarabağ"ı dünya bazarına çıxarır - FOTOLAR

Tarix:

8-02-2017, 22:57

/ 6 602 dəfə oxundu.
Ermənilər "Qarabağ"ı dünya bazarına çıxarır - FOTOLAR

Dağlıq Qarabağdakı separatçi rejim tərəfindən idarə olunan Xankəndi Şərab Zavodunda istehsal olunmuş "Qarabağ" adlı araqların Beynəlxalq Hava Limamlarındakı Dyty Free mərkəzlərində satışa çıxarılması barədə mətbuatda məlumat verilib.

 Hazırda bu araqların Rusiya mətbuatında geniş reklam kampaniyası aparılır.

Məlumatlarda qeyd olunur ki, "Qarabağ" araqları Avropa bazarlarına da çıxarılacaq və guya artıq bununla bağlı sifarişlər də var. İxracatın artırılacağına diqqət yönəldilən məlumatlarda "Qarabağ" adı altında digər spirtli içkilərin də xarici bazarlara çıxarılacağı qeyd olunur.

Ermənilər "Qarabağ"ı dünya bazarına çıxarır - FOTOLAR

Qeyd edək ki, bu ad altında müxtəlif meyvələrdən çəkilmiş araqlar satılır.

Onu da nəzrinizə çatdıraq ki, separatçıların istehsal etdiyi "Qarabağ" araqlarının qiyməti 18-20 dollar arasında dəyişir.

Spirtli içkilərin qablarının üstündə məhsulun "Stepanakert Konyak Zavodu” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən istehsal olunduğu, həmin zavodun Stepanakert şəhərində yerləşdiyi yazılıb.

Məhsulun ixracatçı firması qismində isə adıçəkilən QSC-nin İrəvan filialının olduğu qeyd edilib.
Ermənilərin sistemli şəkildə "Qarabağ" araqları ilə Dağlıq Qarabağın "müstəqil" dövlət olduğunu təbliq etdiyi açıq-aydın ortadadır. Maraqlı məqam isə bu məsələdə Rusiyanın Ermənistana kömək göstərməsidir. Azərbaycanın işğal altında olan regionunun adı verilən araqın Rusiya televiziyalarında reklam olunması çox ciddi məsələdir. Rusiya bununla Ermənistana Dağlıq Qarabağı "müstəqil" dövlət kimi tanıtmağa köməklik göstərmiş olur.
Ona görə də Azərbaycanın müvafiq qurumları bu məsələ ilə bağlı ciddi adımlar atmalıdır.(Publika.az)

Gunaz.az


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ