SON DƏQİQƏ

İtkin düşən yol polisi işdən çıxarılır

Tarix:

5-02-2017, 14:32

/ 2 858 dəfə oxundu.
İtkin düşən yol polisi işdən çıxarılır

Bu gün mətbuatda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə getdiyi və yoxa çıxdığı barədə xəbər yayılıb.
Bu barədə BDYPİ-dən daxil olan məlumata görə, itkin polis artıq tapılıb və idarəyə gətirilib. Məlum olub ki, o, fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə gedib və bu gün evlərinə qayıdıb. Ə.Kərimov axtarıldığından xəbərsiz olub.
Qeyd olunur ki, xidməti avtomobili küçədə nəzarətsiz qoyan, rəhbərliyə məlumat vermədən xidmət yerini tərk edən həmin polisin xeyli miqdarda borcu varmış. Eyni zamanda, Topaz-da da külli miqrdarda pul uduzub. Artıq onun daxili işlər orqanlarından xaric edilməsi məsələsi müzakirə olunur.
Ə.Kərimov YPX əməkdaşı deyil, o, DYP-nin növbətçi hissəsində sürücü işləyir. Polis serjantıdır.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ