SON DƏQİQƏ
» » Sürücülərin nəzərinə - Yola səpilən duz maşına ziyan vurur

Sürücülərin nəzərinə - Yola səpilən duz maşına ziyan vurur

Tarix:

3-02-2017, 20:29

/ 4 979 dəfə oxundu.
Sürücülərin nəzərinə - Yola səpilən duz maşına ziyan vurur

Yolların buzdan təmizlənməsi üçün istifadə edilən duz avtomobillərə ziyan vurur.
Artıq bir neçə gündür buzlaşmanın qarşısnı almaq üçün yolalra duz və yaxud, qumla duzun qarşığı səpilir. Bu üsulla yollarda sürüşmənin qarşısı alınsada mütəxəssislər sürücülərə xəbərdarlıq edir. Yollara səpilən duz, avtomobilinizə ziyan verə, hətta qəzalara səbəb ola bilər. Bunun qarşısını almaqın isə üsulları var.
Yolların buzdan təmizlənməsi üçün istifadə edilən duz avtomobillərə ziyan vurur. Artıq bir neçə gündür ölkə yollarına səpilən bu duzlar suya qarşıb avtomobilin alt hissəsinə hopur ki, bu da həmin detalların sıradan çıxmasına səbəb olur.
Belə şəkildə avtomobilin uzun müddət idarə edilməsi onun dəmirinin karroziyaya uğuraması ilə yanaşı işlərk hissələrinədə ziyan vurur. Bu hal hətta qəza şəraitidə yarada bilər.
Bunun qarşısını almaq üçün isə yollar quruyan kimi avtomobilin xüsusi ilə altını təzyiqli su ilə yuduzdurmaq lazımdır. Moykalardan bildirilir ki, əksər sürücü avtomobilin təkcə üzərini yuduzdurmaqla kifayətlənir. Halbuki avtomobilin alt hissəsin də yuyulması üçün sürücülərdən cəmi 1 və ya 2 manat əlavə pul tələb olunur.
Son günlər maşından gələn səslərin çoxalması əksər sürücünü narahat etsədə mütəxəssislər bunun keçici problem olduğunu bildirir.
Xüsusi ilə ili köhnə olan avtomobillərdən belə səslərin daha çox gəlməsi normal hesab edilir. Hər bir halda sürücülər qarlı günlərdən sonra avtomobillərini ümumi texniki baxışdan keçirsələr yaxşıdır.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ