SON DƏQİQƏ

Dekan müavinin II səs yazısı yayıldı

Tarix:

27-01-2017, 21:17

/ 2 370 dəfə oxundu.
Dekan müavinin II səs yazısı yayıldı

"Mən ultimatumu təkcə Farizə göndərməmişəm. Mən ultimatumu bütün fakültənin tələbələrinə göndərmişəm. Eşitdiniz sizə nə dedim mən? Sizin deyəsən ipinizi çox boş buraxmışıq. Lağa qoyacaq dərəcədə qalxmısınız artıq…”  
Gunaz.az Abzas.net xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova tələbələrə səsli mesaj göndərəndə bildirib.   
Bakı Dövlət Universitetinin mətbuat xidməti məsələ ilə bağlı araşdırma başladıldığı bildirilib.   
Gənc dekan müavini tələbələrdən birinə səsli mesaj göndərərək həmin mesajı digər tələbələrin də olduğu qrupa atmağını istəyib. "Mən ultimatumu tək Farizə göndərməmişəm. Mən səsli mesajımda göndərib demişəm ki, (nə dediyimi də çox gözəl bilirəm) dünən axşam məni Fariz, Leyla, Qoşqar əsəbləşdiriblər. Deməmişəm ki, ay Farizə töhmət verəcəm, ay Leylaya töhmət verəcəm, ay Qoşqara töhmət verəcəm. Demişəm ki, bundan sonra fakültənin mətbəxini sosial şəbəkəyə çıxardanın hamısının izahatını alıb, birinci xəbərdarlıq, ikinci töhmət verdirəcəm. Abırınız olsun biraz!” 
Daha sonra dekan müavini səsli mesajında təkrar bildirib ki, göndərdiyi mesajı tələbələrin olduğu whatsapp və ya facebook’dakı qrupa atsın və hamı da dinləsin. Qeyd edək ki, Aytəkin Zeynalova bundan öncə də tələbələrə səsli mesaj ataraq hədələmişdi. Tələbələrə xəbərdarlıq edərək bildirmişdi ki, bir nəfər dekanlıq, hətta tutorlar haqqında facebook-da tənqidi fikirlər paylaşdıqda onlarla bağlı ciddi tədbir götürüləcək.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini dekanı, professor Cahangir Məmmədli APA-ya müsahibəsində bildirib ki, bu tipli məsələləri xüsusi nəzarətimdə saxlayacaq.  
"Tələbələri danlayan adam bizdə tərbiyə işlərinə baxır. Onun haqqı var ki, təkliflər versin, öz fikrini bildirsin. Bu dəfə bir az kəskin, emosional danışıb. Mən də yeri gələndə tələbəni danlaya bilərəm. Bu dəfə bizim qızımızın, dekan müavininin sözləri emosional alınıb. Gördüm o, çox narahat olub. Düzünü deyim, lap stress də keçirib. Dedim, indən sonra belə şeylər olmasın. Qəti tapşırıq vermişəm. Bu tipli məsələləri xüsusi nəzarətimdə saxlayacağam. Burda yəqin ki, mənim də günahım olub. Gərək, mən də xüsusi nəzarətdə saxlayardım. Amma deyim, bunu çox şişirtdilər. Daha doğrusu, ayrı-ayrı adamlara qərəzli münasibət istiqamətində şişirtdilər. Jurnalistika fakültəsi özünəməxsus fakültədir. Yəni bu fakültənin tələbələri qəzetlərdə, saytlarda çalışırlar. Ona görə, balaca bir faktı da dərhal media sisteminə keçirirlər. Ona görə biz də tələbə ilə danışanda gərək hər şeyi qanun-qayda çərçivəsində quraq”.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər