SON DƏQİQƏ

52 polis xidmətdən xaric edildi

Tarix:

27-01-2017, 18:33

/ 8 475 dəfə oxundu.
52 polis xidmətdən xaric edildi

2016-cı ildə daxili nəzarət qaydasında keçirilmiş tədbirlərlə vətəndaşları əsassız polisə gətirdiklərinə, saxladıqlarına, məsuliyyətə cəlb etdiklərinə, qanunsuz axtarış apardıqlarına, sürücülərin hüquqlarını pozduqlarına, kobud rəftara yol verdiklərinə və s. qəbahətlərə görə 350 əməkdaş intizam qaydasında cəzalandırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, bunu qurumun geniş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri Ramil Usubov deyib.
Nazir bildirib ki, həmin şəxslərdən 52 nəfəri xidmətdən xaric edilib, 42-si tutduğu vəzifədən azad olunub, 256 əməkdaşa digər intizam tənbehləri verilib.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər