SON DƏQİQƏ
» » QHT sədrindən Aynur Qəzənfərqızına sərt mesaj

QHT sədrindən Aynur Qəzənfərqızına sərt mesaj

Tarix:

22-01-2017, 22:06

/ 7 266 dəfə oxundu.
QHT sədrindən Aynur Qəzənfərqızına sərt mesaj

1988-ci ildə Ermənistanda Qarabağın Ermənistana birləşdirilməsi üçün on minlərlər insan mitinq etməyə başladığı zaman meydanlara toplaşan "sadə" erməni xalqı 1989-cu ildə artıq Azərbaycan əhalisinə Şuşaya, Xankəndinə, Qarabağın digər bölgələrinə getmək imkanı vermədilər. Evinə getmək istəyən Azərbaycan əhalisini daş qalaq etdilər. Sonu qanlı müharibəyə çevrilən o münaqişənin nəticəsində on minlərlə Azərbaycan oğullarını öldürən erməni ordusunda xidmət edənləri səndən fərqli olaraq millətinin aşiqi olan erməni analar tərbiyyə ediblər. Bu gün girovluqda olan Azərbaycan qadınlarını qapısında qul kimi işlədən erməni ailələri səncə "sadə" erməni xalqı deyilmi? Həmin sadə erməni xalqının hesabına bu gün analarınmız, qadınlarımız Ermənistanda əsirdirlər, girovdurlar.

Bizim sərhədlərimizin ermənilər tərəfindən qorunduğunu hardan bilirsən? - Aynur Qəzənfərqızı Sən Sovet dönəmində Müdafiə Naziri işləyirdin?- Səndə belə bir siyahı varmı?- 1990-cı ilin 20 yanvar gecəsində Bakıya hücum zamanı gətirilən əsgərlərin çoxu ermənilər idi. Mən 1990-cı ilin 20 yanvar gecəsində ölkənin bir böyük xəstəxanasında tibb personalı tərkibində növbətçi idim. Əlimdə dəqiq faktlarım var. Sənin erməni sevdanı anlamaq mümkündür...Bu gün ərazilərimizin 20 faizi işğalda olduğu bir zamanda sənin kimi qadınların Azərbaycan gəncliyinə təbliğat aparmasına, tərbiyyə vermək istəməsinə təəssüf edirəm. Mən erməni xalqının hər birinə düşmənəm. Bütün dünyada yaşayan ermənilər mənim düşmənimdirlər. 1992-ci il fevral ayının 26-da Xocalı soyqırımı törədilən zaman 13 yaşlı qızımızın üzünün dərisini soyub öldürən isə erməni akademik, həkim, hipokrat andı içmiş "sadə" erməni Zori Balayandır. Sənin müdafiə etdiyin "sadə" erməni xalqının təmsilçisidir. Ziyalı xanım yazılarınızdakı hərif səhvlərinədə fikir verin Azərbaycanın adını böyük hərflə yazın, Azərbaycana olan nifrətinizi azaldın. Burada yaşayırsınız Azərbaycanın çörəyini yeyib, suyunu içirsiniz. Sənin AMEA-da yerin yoxdur və səninlə bağlı təcili ölçü götürülməlidir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ