SON DƏQİQƏ
» » Qanlı Yanvar faciəsinin qurbanları Düşənbədə də anılacaq

Qanlı Yanvar faciəsinin qurbanları Düşənbədə də anılacaq

Tarix:

18-01-2017, 04:04

/ 3 889 dəfə oxundu.
Qanlı Yanvar faciəsinin qurbanları Düşənbədə də anılacaq

Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə Düşənbədə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anma mərasimi keçiriləcək.
Tədbirdə Tacikistanda akkreditə olunan səfirlər və diplomatik korpusun nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak edəcəklər.
Tacikistandakı səfirimiz Abbasəli Həsənov 20 Yanvar faciəsinin yaranma səbəbləri, sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı siyasəti haqqında ətraflı məlumat verəcək.
Səfirliyin foyesində 20 Yanvar faciəsi ilə bağlı fotosərgi açılacaq, Tacikistan KİV-də Qanlı Yanvar qırğını ilə bağlı materiallar çap olunacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ