Tanınmış teleaparıcı Lalə Əlimuxtarova Lider TV-dən ayrılıb. Bu haqda teleaparıcı özü Milli.Az-a açıqlama verib:
"Fəaliyyətimi başqa bir telekanalda davam etdirəcəyəm. Bu da tam fərqli bir veriliş olacaq. Tezliklə vəd etdiyim verilişi görəcəksiniz".
Qeyd edək ki, Lalə Əlimuxtarova uzun illər Lider TV-nin siması olub. Teleaparıcı sonuncu dəfə telekanalda "Köklə sazı" verilişinin aparıcılığını edib.