SON DƏQİQƏ

Türkiyəyə naməlum obyekt düşdü - VIDEO

Tarix:

28-05-2020, 08:17

/ 3 865 dəfə oxundu.
Türkiyəyə naməlum obyekt düşdü - VIDEO

Türkiyənin Trabzon şəhərinə meteoritin düşməsi ilə bağlı sosial şəbəkələrdə video yayımlanıb.

GunAz.az xəbər verir ki, yerli vaxtla 20:35-də qeydə alınan videoda bir anda hər tərəfin işıqlandığı görünür.

Sakinlər iddia edir ki, yerə nəhəng meteorit düşüb.

***

Trabzon Jandarm İdarəsi bölgəyə meteorit düşməsini təsdiqləyən hər hansı faktın olmadığını bildirib.

Sözügedən naməlum obyektin yerə düşməsi qonşu bölgələr – Ağrı, Ərzincan, Ərzurum, Van, Artvindən də görünüb.

Bildirilir ki, cisim yerə düşən zaman göy gurultusuna bənzər güclü səs eşidilib, ardınca göy üzündə tüstü qatı əmələ gəlib.

Olayla bağlı araşdırma aparılır.

***

Meteorologiya üzrə türkiyəli mütəxəssis Mikdat Kadıoğlunun sözlərinə görə, düşən obyekt kosmik tullantı da ola bilər.Axar.az



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ