SON DƏQİQƏ
» » Ticarət və xidmət sahələri fəaliyyətə başladı - Bəs qaydalara əməl edilirmi? - VİDEO

Ticarət və xidmət sahələri fəaliyyətə başladı - Bəs qaydalara əməl edilirmi? - VİDEO

Tarix:

5-05-2020, 21:59

/ 2 977 dəfə oxundu.
Ticarət və xidmət sahələri fəaliyyətə başladı - Bəs qaydalara əməl edilirmi? - VİDEO

Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün xidmət sahələrində bu gündən bəzi qaydaların tətbiqinə başlanılıb. Məsələn, bərbər və gözəllik salonlarında çalışan əməkdaşların və müştərilərin tibbi maskadan istifadə etməsi məcburidir. Ancaq paytaxtda yerləşən bir neçə bərbər salonunda çəkiliş apardığımız zaman bu qaydadan xəbəri ola-ola tibbi maskadan istifadə etməyənləri müşahidə etdik. Onlar çəkiliş apardığımızı görəndən sonra maskaları taxmağa başladılar.

GunAz.az-ın məlumatına görə, ticarət mərkəzlərində də satıcıların və alıcıların tibbi maskalardan istifadəsi məcburi olsa da, demək olar ki, bu qaydaya əməl edilmir. Diqqətimizi çəkən digər bir məqam isə ticarət mərkəzlərində virusdan qorunmaq üçün alıcılar arasında sosial məsafənin gözlənilməməsi oldu.

Metodik vəsaitdə qeyd olunan qayalardan biri də ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan vətəndaşların məsafədən termometriyasının aparılması ilə bağlıdır. Ancaq çəkiliş apardığmız bir neçə ticarət mərkəzində demək olar ki, buna rast gəlmədik.

Kitab, qəzet və dəftərxana mallarının satışı olan mağazalarda da vətəndaşlara xidmət göstərən satıcılar fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər.

Bəs metodik göstərişdə qeyd olunan bu qaydaları pozan şəxslər barəsində cərimə tətbiq edilə bilərmi?

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ''Xəzər Xəbər''ə bildirdi ki, hazırda bu göstərişlərin pozulması hallarına görə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmayıb. Ancaq belə davam edərsə, bu zaman məsuliyyətin müəyyən edilməsi məsələsinə baxıla bilər. İstənilən halda dövlət koronavirus pandemiyasının geniş yayılmaması üçün bütün zəruri tədbirləri görür. Bu məqsədlə də həm vətəndaşlar, həm də xidmət sahələrində çalışan şəxslər göstərilən qaydalara ciddi əməl etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ