SON DƏQİQƏ

"Xəritəli və xəritəsiz yollar..."

Tarix:

17-03-2020, 12:51

/ 1 900 dəfə oxundu.
"Xəritəli və xəritəsiz yollar..."

Yollar.. Xəritəli və xəritəsiz yollar. Əlimizdə hər bir yolun xəritəsi olsa getməyə nə varki? Sadəcə biraz istək, biraz dəstək və biraz da maraqlı yol yoldaşın olsa bəs edir. Xəritələr sənə yolu göstərəcək, istiqaməti verəcək və hətta minəcəyin avtobusa qədər təyin edəcək. Bir də əlindən tutan varsa nə gözəl! Amma, görəsən, bu cür asan, xəritəsi əlində olan yolu getmək sənə nə verəcək? Sadəcə xatirələr?...
Ya getdiyin yol xəritəsizdisə? Yanında kimsən yox, olanların da əlləri bumbuzdursa? Həyat səni iznin, xəbərin, niyyətin belə olmadan bir yola atıb, özü kənara çəkilir və yolu gedəcəyin bir xəritə də vermirsə?. Qəlbində nə istək var, nə həvəs. Ayaqların ardınca gəlmir, yorulmusan, oturub dincəlmək istəyirsən. Bəs onda necə?.. Bu yol bəs sənə nə verəcək?
Xatirələr əlbəttə ki, gözəldir, amma xatirələr insanı güclü etmir. Yaşamaq üçün güclü olmaq istəyirsənsə yola xəritəsiz çıxacaqsan. Əlin tutmaq istəsə bir qələm, ya bir kitabdan tutacaqsan. Yalnız bu halda bu dünyada bir iz qoyub gedə bilərsən. İçin yanmasa hissləri sözlərə çevirə bilməzsə. Nə zaman gördün əvvəldən sona qədər xoşbəxt xəttlə yazılmış bir əsər yaddaşda qalsın? Mütləq ki, daxildən titrədən, əsl kimliyinə qovuşduran tənha yolları da keçməlidir insan. Onsuzda heç bir yol sonsuz deyil, həyatın özü kimi hərşey müvəqqətidir. Ağrını səbrinə, gücünə çevirməyi bacarsan, yalnız o zaman insan olmaq nədir biləcəksən. Yaxşı nədir, xoşbəxtlik nədir, sevgi nədir, həzz nədir bilmək üçün onların əksini yaşadan yollardan keçməsək hansının hansı olduğunu ayırd edə bilmərik. Odur ki, bir gün xəritəsiz bir yolda özünü görsən qorxma. Yıxıla-dura bu yolu da keçəcəksən, əsas o yoldan sənə qalan azuqə olacaq ki, ondan sonrakı yollarda sənə xəritəlik edəcək...  

скачать dle 12.1

Şərhlər