SON DƏQİQƏ
» » Şəkidə "Dərə hamamı" baxımsızlıq ucbatından yararsız hala düşüb. - VİDEO

Şəkidə "Dərə hamamı" baxımsızlıq ucbatından yararsız hala düşüb. - VİDEO

Tarix:

1-10-2019, 09:11

/ 1 641 dəfə oxundu.
Şəkidə "Dərə hamamı" baxımsızlıq ucbatından yararsız hala düşüb. - VİDEO

Şəkidə 19-cu əsrə aid Dərə Hamamı baxımsızlıq ucbatından yararsız hala düşüb.

Bu tarixi abidə Şəkinin Gəncəlilər məhəlləsi adlanan ərazisində yerləşir. Qədim tağ və yumru qüllələrlə tikilmiş bu hamam uzun illər insanların istifadəsində olub. Lakin son vaxtlar istifadə edilmədiyindən hamam dağılıb və pəncərələri sındırılıb.

Dərə Hamamı Yuxarı Baş Tarix Memarlıq Qoruğunun ərazisindədir. Bir neçə gün əvvəl müəssisəyə direktor təyin olunmuş Yusif Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, bu barədə məlumatlıdir və tezliklə həmin hamamın bərpa olunması üçün zəruri tədbirlərə başlanacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ