SON DƏQİQƏ
» » Şamaxının Dəmirçi-Lahıc yolunda maşınlar özü hərəkət edir - VİDEO

Şamaxının Dəmirçi-Lahıc yolunda maşınlar özü hərəkət edir - VİDEO

Tarix:

16-07-2019, 08:54

/ 3 398 dəfə oxundu.
Şamaxının Dəmirçi-Lahıc yolunda maşınlar özü hərəkət edir - VİDEO

Şamaxı rayonunun Dəmirçi-Lahıc avtomobil yolunun Dəmirçi kəndindən keçən hissəsində nəqliyyat vasitələri öz-özünə hərəkət edir.

Yerli sakin Elsəvər Rəsulov "Report"un Yuxarı-Şirvan bürosuna bu yoldan artıq üçüncü dəfədir istifadə etdiyini və hər dəfə eyni hadisə ilə rastlaşdığını bildirib.

Onun sözlərinə görə, yolun Dəmirçi kəndindən Lahıca gedən 3-4 kilometrlik hissəsində avtomobilin sürəti aşağı düşür və maşın arxaya doğru hərəkət etməyə başlayır.

"Hətta avtomobilin mühərriki sönmüş, sürətlər qutusu isə neytral vəziyyətdə olduğu halda belə, nəqliyyat vasitəsi arxaya getməyə başlayır. Belə vəziyyətdə avtomobillərin əyləcindən istifadə olunmazsa, sürət get-gedə artaraq hətta 60 km/saata çatır", - deyə o əlavə edib.

Elsəvər Rəsulov ehtimal edir ki, yolun bu hissəsində maqnit sahəsi mövcuddur.

Yerli sakinlərin sözlərinə görə, onlar da həmin sözügedən ərazidə eyni yerdə olanda, maqnit avtomobilləri əks istiqamətə çəkir və onlar çətinliklə üzləşirlər. Sakinlər də düşünür ki, həmin ərazidə maqnit sahəsi var və bunun araşdırılması lazımdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ