SON DƏQİQƏ
» » Bakıda iş adamı qaynı tərəfindən güllələndi

Bakıda iş adamı qaynı tərəfindən güllələndi

Tarix:

14-06-2019, 09:14

/ 2 501 dəfə oxundu.
Bakıda iş adamı qaynı tərəfindən güllələndi

Bakının Sabunçu rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.

ONA-nın məlumatına görə, Məmmədov Ramiz Hümbət oğlu öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla qətlə yetirilib.

Artıq Sabunçu rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi Bəşir Bünyadov küçəsindədir və ərazidə müayinələr aparılır. R.Məmmədovun güllələndiyi yerdən cinayətdə istifadə olunmuş odlu silahın gilizləri də aşkar edilib.

Onu da qeyd edək ki, mərhum R.Məmmədov Hozu ləqəbi ilə tanınırmış. Onun Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.

***

Bakıda silahlı insident zamanı güllələnən Məmmədov Ramiz Hümbət oğlu xəstəxanada dünyasını dəyişib.

ONA-nın məlumatına görə, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, R.Məmmədov İlkin adlı şəxs tərəfindən güllələnib. O, odlu silahdan açılan çoxsaylı qırma yaraları ilə xəstəxanaya çatdırılmışdı.

Məlumata görə, R.Məmmədov Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən marşrut xətlərindən birinin sahibi imiş. O, avtomobilindən düşən zaman güllələnib. Onu güllələyən şəxs isə hadisə yerindən qaçıb.

***

Bakının Sabunçu rayonunda silahlı insident olub.

ONA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində törədilib.

İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu İlkin adlı şəxs tərəfindən güllələnib. Belə ki, həmin şəxs mübahisə zamanı avtomobilindəki odlu silahı götürərək R.Məmmədova ağır xəsarətlər yetirib. Vəziyyəti kritik olan R.Məmmədov hazırda xəstəxanadadır və üzərində cərrahi əməliyyat aparılır. Onun aşağı ətraflarından və qarın nahiyəsindən çoxsaylı yaralar aldığı deyilir. Ehtimal olunur ki, silahlı şəxs ona lüləsi kəsilmiş ov silahından (“Obrez”) atəş açıb.

Faktla əlaqədar Sabunçu polisi və Prokurorluğu əməliyyat-axtarış işlərinə başlayıb.

***

Bakının Sabunçu rayonunda odlu silahla yeznəsi Məmmədov Ramiz Hümbət oğlunu qətlə yetirən şəxs saxlanılıb.

ONA xəbər verir ki, Hozu ləqəbli Rauf Həsənov Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Prokurorluğuna təhvil verilib.

Cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ