SON DƏQİQƏ
» » SAÇI İLƏ VAQON DARTAN PƏHLƏVANIMIZ -VİDEO/FOTO

SAÇI İLƏ VAQON DARTAN PƏHLƏVANIMIZ -VİDEO/FOTO

Tarix:

6-05-2019, 13:20

/ 825 dəfə oxundu.
SAÇI İLƏ VAQON DARTAN PƏHLƏVANIMIZ -VİDEO/FOTO

Bakının Dəmir Yol Vağzalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 ildönümü münasibəti ilə Pəhləvan Nurəddin Beyləqanlının təşkilatçılığı ilə  müsiqili  idman tədbiri keçirilmişdır.

Azərbaycan bayrağı ilə bəzədilmiş platformada və ətraf ərazilərdə səliqə-səhman diqqəti cəlb edirdi. Əvvəlcə dövlət himnimiz səsləndirildi.

Musiqili şou proqramının  aparıcıları telejurnalist yazıçı Kamil Məhərrəmoğlu (Nehrəmli ) və Nisə Yusifqızı tədbir iştirakçılarını salamladı.

Kamil Məhərrəmoglu ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyətindən söhbət açdı  və bu tədbirin gənclərimizin  vətənpərvər ruhda  böyüməsində əhəmiyyətindən danışdı.

Şou proqramın aparıcısı və məlahətli səsiylə könülləri oxşayan  mügənni Nisə Yusifqızı ifa etdiyi  "Azərbaycan" mahnısı  ilə tədbirdə xoş ovqat yaratdı.

Nizami rayonundan 229 saylı tam orta məktəbin şagirdi Rəhilə Rəcəbli, Binəqədi rayonu 182 saylı tam orta məktəbin şagirdləri Əli Hüseynli və Zəhra Hüseynli  dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə yazılmiş şeirləri xüsusi məharətlə ilə söylədilər  və mahnılar səsləndirildi.

Onu da qeyd edək ki, Azərbaycanı dünyanı hər yerində şərəflə təmsil edən pəhləvanımız haqqında  "Azad Azərbaycan" gündəlik qəzetində geniş və ətrafli bəhs olunmuşdu. Tədbir iştirakçılari  geniş məlumatlandırildılar .

"Azad Azərbaycan" qəzetinin baş redaktoru Asəf Abbasov  Pəhləvanımıza uğurlar arzuladı və tədbirin  əhəmiyyətindən danışdı.

Vaxtılə məşhur, adlı-sanlı Rəşid pəhləvandan dərs almış və uzun illər pəhləvanlıq etmiş Ağabəy pəhləvan və Müsəllim pəhləvan, dostları ilə qürur hissi keçirdiklərini bildirdilər və Nurəddin Beyləqanlıya uğurlar arzuladılar.

Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Edinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti Nazir Hətəmov xüsusilə qeyd etdi ki, Rusiya xalqı bilir ki, Azərbaycanın belə mərd oğulları, igid pəhləvanları var. Biz Nurəddin Beyləqanlının qarşısında baş əyirik, ona görə ki, o, bizim bayrağımızı Rusiyanın hər bir bölgəsində ucaldıb. Öz qeyri-adi gücü ilə tamaşaçıları heyrətləndirib. Uzun illər Rusiyada diaspor rəhbəri olmuş Məhəmməd Əli iftixarla bildirdi ki, Nurəddin pəhləvan Azərbaycanı Rusiyada yüksək səviyyədə təmsil edib. Belə pəhləvanlarımız Qarabağın azadlığı naminə hər zaman öndə olacaqlar. Allah qorusun!

Sonra əyləncəli müsiqili şou proqramı  başladı.

Qara zunanın sədaları hər tərəfə yayıldı. Meydan pəhləvanımıza verildi. İlk şou olduqca maraqlı və heyrətləndirici oldu.

Dəmir Yol Vağzalında xeyli canlanma var idi.

Nurəddin Beyləqanlı 150 millimetrlik mismarı alnı ilə iki həmlədə taxtaya vurduqdan sonra, dişiylə mismarı çıxardarkən alqış sədaları hər tərəfə yayıldı.

Olduqca riskli və qeyri-adi hərəkətləri ilə tədbir iştirakcılarını heyrətləndirən Pəhləvanımız bu dəfə diametri 15 sm qalınlığında olan dəmir armaturu dişləri ilə iki yerə qatladı. Nurəddin Beyləqanlının göstərdiyi bu proqram hər kəsi təəccübləndirdi.

Sonra acıq havada iki “Niva” markalı avtomobili əks istiqamətə sürməyə cəhd edən sürücülər təmir barmaqlıqlar arasında məngənə kimi sıxılaraq yerindən tərpənə bilmədi. Nurəddin Beyləqanlı hər iki qolu ilə avtomobillərin hərəkərini dayandırmaqla qeyri-adi güc nümayiş etdirdi.

Hamının dəmir adam adlandırdığı pəhləvanımızın  sonuncu proqramı olduqca maraqli və təhlükəli idi.

Təsəvvür edin ki, 64 ton ağırlığında olan vaqonu saçıyla dartaraq  yerindən tərpətmək və ardınca aparmaq nə deməkdir?

Bu şou  proqramının da öhtəsindən uğurla gələn pəhləvanımızın qeyri-adi gücü hər kəsi heyrətləndirdi və alqışlarla qarşılandı.

Minlərlə paytaxt sakinləri bu canlı səhnəyə tamaşa edib, Azərbaycan pəhləvanı ilə qürur duydular.

 Hər kəs Koroğlu biləkli dəmir adamla şəkil çəkdirməyə can atırdı. 

Tədbir geniş içtimaiyyət tərəfindən alqışlarla qarşılandı.

Belə igid, cəsarətli oğulları olan xalq heç zaman düşmənə baş əyməz.

İnanırıq ki, Ali Baş Komandanımızın əmri ilə belə cəsur, qorxmaz oğullarımızın sayəsində işgal olunmuş torpaqlarımızı  tezliklə  azad edəcəyik.

 

Rauf İLYASOGLU,

şair-jurnalist

 

SAÇI İLƏ VAQON DARTAN PƏHLƏVANIMIZ -VİDEO/FOTO

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ