SON DƏQİQƏ

Kür çayından okean balığı tutuldu - Video

Tarix:

11-04-2019, 08:37

/ 10 569 dəfə oxundu.
Kür çayından okean balığı tutuldu - Video

Ötən gün Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində "uqor" adlı okean balığı sakinlər tərəfindən tutulub.

GunAz.az xəbər verir ki, uzunluğu 1 metr, çəkisi 2 kiloqramdan artıq olan balığın Kür çayında görünməsi nadir hadisədir.

Ehtimal olunur ki, ölkəmizə məxsus gəmilər okean və dənizlərdə üzərkən uqor balığı onların gövdəsinə yapışıb. Sonra həmin balıq gəmi vasitəsi ilə Xəzər dənizinə, oradan isə Kür çayına keçib. Çünki nadir hallarda, yəni 30-40 ildən bir Kür çayında ilanbalığına oxşar belə balığa rast gəlinir.

2008-ci ildə adı "Qırmızı kitab"a düşən uqor balığı bu gün səhər saatlarında yenidən çaya buraxılıb.

Qeyd edək ki, çəkisi 2 kiloqramdan 12 kiloqrama qədər olan uqor balığı ilanbalığı kimi çox sürüşkən, həm də yağlı olur. Məlumata görə, cəmi 9-12 il yaşayan balıq ildə suya 1 milyona yaxın kürü buraxır. Əti bir çox xəstəliklər, xüsusi ilə görmə qabiliyyəti zəif olan insanlar üçün olduqca faydalıdır.Report

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ