SON DƏQİQƏ
» » Azərbaycan rəqqasları Hindistanda “Uzundərə” rəqsini ifa etdilər-VİDEO

Azərbaycan rəqqasları Hindistanda “Uzundərə” rəqsini ifa etdilər-VİDEO

Tarix:

26-01-2017, 17:45

/ 6 830 dəfə oxundu.
Azərbaycan rəqqasları Hindistanda “Uzundərə” rəqsini ifa etdilər-VİDEO

Hindistanın Heydərabad şəhərində Birinci Beynəlxalq Rəqs Festivalında Azərbaycan rəqqasları "Uzundərə” rəqsini uğurlu ifa ediblər.
Tədbirin aparan məşhur Bollivud ulduzları lirik Azərbaycan rəqsi olan "Uzundərə” rəqsi, onun tarixi, Qarabağda Uzundərə adlanan ərazidə yaranması ilə bağlı məlumat verdilər.
İlk öncə qonaqlar simvolik məşəli yandırmaq üçün səhnəyə dəvət olunublar. Tədbirin fəxri ev sahibi Şəhərlərin İnkişafı, Evtikmə və Şəhər Yoxsulluğu ilə Mübarizə, eləcə də İnformasiya üzrə Hindistanın İttifaq naziri, hakim BJP partiyasının 2002-2004-cü illərdə milli prezidenti Venkaiah Naidu Azərbaycandan fəxri qonaq qismində, Avropa Yayımlar Birliyinin (EBU) Hüquq və Siyasət Komitəsinin ilk və yeganə Azərbaycanlı üzvü Turab Rzayevi və rəqs qrupunu qəbul edib, səmimi söhbətdə öz arzularını və Azərbaycan mədəniyyətinə olan heyranlığını dilə gətirib. Rəqqaslarımızın ifası həm şəhərin ən böyük zalına toplanmış izləyiciləri, həm də ekran qarşısındakı milyonlarla tamaşaçını heyran qoyub. Təşkilatçılar rəqs qrupumuzu yüksək qiymətləndirərək, rəqqaslarımızı xüsusi diplomla təltif ediblər.
Eyni zamanda, festivalın aparıcıları ölkəmiz haqqında məlumat verib. Azərbaycanın video təqdimatı canlı yayımda izləyicilərə təqdim olunub. Hindistanın "Doordarshan”, "Prasar Bharati” televiziyaları və bir neçə regional kanal festivaldan canlı yayım həyata keçiriblər.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ