SON DƏQİQƏ

Gülay Zeynallıdan yeni mahnı – AUDİO

Tarix:

25-01-2017, 17:24

/ 3 737 dəfə oxundu.
Gülay Zeynallıdan yeni mahnı – AUDİO

Gülay Zeynallı yeni mahnısını təqdim edib.
Müğənni bu dəfə Xalq artisti Elmira Rəhimovanın repertuarına müraciət edib.
Gülay bəstəsi Emin Sabitoğluna məxsus olan "Sən olmasan” əsərini səsləndirib.
Zeynallı Xalq artistinin ona mahnıyla bağlı xeyir-dua verdiyini söyləyib: "Bu mahnını mənim ifamda Elmira Rəhimova dinləyib, çox bəyənib. Dünən verilişdə oxumuşdum, sonra telefonla əlaqə saxladı, öz xeyir-duasını verdi. Dedi ki, mahnılarımdan bəyəndiklərini ifa edə bilərsən.
İnanıram ki, mənim ifamda "Sən olmasan”a yeni nəfəs gələcək. Həmçinin, layihə üçün fotosesiya etdirdik. Komandamız yaxşı idi, Lamiyə, Nuranə, Şəbnəmə öz minnətdarlığımı bildirirəm”.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər