SON DƏQİQƏ

11 müəllim yoluxdu, 6 məktəb BAĞLANDI

Tarix:

13-04-2021, 16:05

/ 3 589 dəfə oxundu.
11 müəllim yoluxdu, 6 məktəb BAĞLANDI

Ucar rayonunda daha 6 orta məktəb koranavirusa görə bağlanıb.

GünAz.az report-a istinadən xəbər verir ki, Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun Qazyan 1 saylı, Alpout 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərgüşad ümumi orta məktəblərində əyani təhsil müvəqəti olaraq dayandırılıb.

Buna səbəb adıçəkilən məktəblərdə ümumilikdə 11 müəllimdə COVID-19 testinin nəticələri pozitiv çıxmasıdır. Fəaliyyəti dayandırılmış məktəblərdə dərslərin onlayn rejimdə tədrisinə qərar verilib.

Hazırda məktəblərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, Ucar rayonunda ümumilikdə 45 orta məktəb fəaliyyət göstərir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ