SON DƏQİQƏ
» » Daha bir təhsil müəssisəsində tədris dayandırıldı

Daha bir təhsil müəssisəsində tədris dayandırıldı

Tarix:

23-02-2021, 10:00

/ 6 208 dəfə oxundu.
Daha bir təhsil müəssisəsində tədris dayandırıldı

Respublika İncəsənət Gimnaziyasında əyani tədris dayandırılıb.

Buna səbəb təhsil müəssisəsində müəllim və şagirdlər arasında koronavirus infeksiyasının yayılmasıdır.

Belə ki, bir neçə gün əvvəl sinif müəllimlərindən birinin ailəsində, daha sonra özündə koronavirus aşkarlanıb. Daha sonra gimnaziyanın bir neçə müəllim və şagirdi də virusa yoluxub. Ona görə də Respublika İncəsənət Gimnaziyasında dərslər dayandırılıb. Valideynlərə bildirilib ki, əyani dərslər martın 9-dək təxirə salınır.

Dərslər distant formada davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl 82 saylı tam orta məktəbdə də anoloji vəziyyət baş vermişdi.

скачать dle 12.1

Şərhlər