SON DƏQİQƏ

Bu abituriyentlər kənarda qaldı: səbəb nədir? - Açıqlama

Tarix:16-10-2020, 14:53 Oxunub:3 747

11 illik orta təhsil bazasının rus bölməsi üzrə kolleclərə imtahan verən abituriyentlərin bir çoxu müsabiqə şərtlərini ödəsə də, kolleclərə qəbul ola bilməyib.

Bu barədə abituriyentlərin ünvanladığı şikayət məktubunda bildirilib.

Məsələ ilə bağlı saytımıza danışan təhsil eksperti Kamran Əsədov deyib ki, rus bölməsi üzrə kolleclərə sənəd verənlərin kənarda qalmasının səbəbi abituriyentlərin çoxluğu və sözügedən bölmə üzrə plan yerlərinin az ayrılması olub:

"Rus bölməsi üzrə özəl kolleclərdə 8 bal, müsabiqənin Azərbaycan bölməsi ilə birgə aparıldığı ixtisaslarda isə keçid balı 25-30 bal qalxıb. Rus bölməsi üzrə plan yerləri az, abituriyentlərin sayı çox idi. Balların qalxmasına abituriyentlərin topladığı ballar və seçimlər də təsir edir. Kolleclərin keçid balının artmasının bir səbəbi də müsabiqənin Azərbaycan bölməsi ilə birgə aparılmasına görədir. Eyni zamanda qabiliyyət tələb edən dizayner, bədən tərbiyəsi və s. ixtisasların da keçid balında artım oldu. Ötən il bu ixtisaslarda keçid 40 balla idisə, bu il 130 oldu”.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, plan yerləri abituriyentlərin nəticəsinə əsasən müsabiqə ilə formalaşır:

"Müsabiqə şərtini ödəmək qəbul olmaq anlamına gəlmir. Həmin balı (50 bal) toplayanlar sadəcə müsabiqədə iştirak etmək hüququ qazanırlar. Keçid balı isə əvvəlcədən məlum olmur və plan yerlərini də DİM müəyyən etmir.

Yaxın günlərdə boş qalan plan yerləri elan olunacaq və qəbul aparılacaq. Müsabiqə şərtlərini ödəyənlər boş qalan yerlərin müsabiqəsində iştirak edə bilərlər”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<