SON DƏQİQƏ

DİM bakalavarlara xəbərdarlıq etdi

Tarix:

9-07-2020, 17:47

/ 5 953 dəfə oxundu.
DİM bakalavarlara xəbərdarlıq etdi

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrlara müraciət edib.

Mərkəzdən verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanların qeydiyyatı 2020-ci il iyulun 6‑dan başlayıb və iyulun 15-dək davam edəcək.

Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir:

"Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və onlayn qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanlar siyahısından xaric ediləcəklər".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ