SON DƏQİQƏ
» » Bu şəxslər universitetlərə imtahansız qəbul olunacaq

Bu şəxslər universitetlərə imtahansız qəbul olunacaq

Tarix:

4-07-2020, 17:51

/ 5 610 dəfə oxundu.
Bu şəxslər universitetlərə imtahansız qəbul olunacaq

Azərbaycanda yaşayan gürcülər Gürcüstanın ali məktəblərinə imtahansız qəbul olunacaqlar.

GunAz.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qərar qəbul edib.

Qərar vahid milli imtahanlar üçün qeydiyyatdan keçən və yaranmış vəziyyətə görə Gürcüstana gedə bilməyən həmvətənlərə şamil olunacaq.

Qərara əsasən, Azərbaycanda yaşayan 70-ə yaxın gürcü abituriyentin ali təhsili dövlət hesabına maliyyələşdiriləcək. Gürcüstan hökumətinin müvafiq qərarı Azərbaycanda yaşayan soydaşların dəstəklənməsinə yönəldilib.

скачать dle 12.1

Şərhlər