SON DƏQİQƏ
» » İş yerini dəyişmək istəyən müəllimlərə xəbərdarlıq

İş yerini dəyişmək istəyən müəllimlərə xəbərdarlıq

Tarix:

5-06-2020, 17:26

/ 2 731 dəfə oxundu.
İş yerini dəyişmək istəyən müəllimlərə xəbərdarlıq

İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatır.

Bu barədə Təhsil Nazirliyindən məlumat daxil olub.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qeyd olunan tarixədək elektron ərizəsini təsdiqləmiş namizədlər elektron yerləşdirmədə iştirak edə biləcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ